Çinin Yəməndəki vətəndaşlarını Ədən limanına yanaşan donanma gəmiləri vasitəsilə azad etdiyi bildirilir. Maide.az xəbər verir ki, Somali sahillərində piratlara qarşı beynəlxalq patrul vəzifəsində olan 3 donanma gəmisi dünən Ədən limanına lövbər salaraq, Yəməndəki 590 Çin vətəndaşını azad edib.
Bildirilir ki, xilasetmə əməliyyatına qoşulan 2 ədəd idarə olunan raket gəmisi ilə 1 ədəd maddi-texniki dəstək gəmisində onlarla xüsusi təyinatlı əsgər olub.
Qeyd edək ki, Çin donanması tarixində ilk dəfə Liviya böhranı zamanı oxşar bir xilasetmə əməliyyatı həyata keçirmişdi.