İslamazeri.az-ın “İraqinews”-a istinadən verdiyi xəbərə görə, 2 gün əvvəl müqəddəs Kərbəla şəhərində İraq ordusuna qarşı “cihad” fətvası verərək, təqlid mərcələrin hər zaman əksinə hərəkət edən fitnəkar Mahmud Əs-Səxrinin başlatdığı fitnə yatırılıb.
Kərbəla Polis İdarəsinin mətbuat katibi Əhməd Əl-Hisnavinin verdiyi rəsmi açıqlamaya görə, artıq fitnə yatırılıb və Mahmud Əs-Səxri həbs edilib.
Əhməd Əl-Hisnavi qeyd edib ki, Kərbəlada təhlükəsizlik tam təmin edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın dəstəklədiyi Mahmud Əs-Səxri Səddam Hüseynə yaxınlığı ilə tanınır.