Kərbəlaya 17 milyon ziyarətçi gələcək

Maide.az xəbər verir ki, Kərbəla şəhəri Turizm Komitəsinin başçısı Casim əl-Maliki bu ilki Ərbəin mərasimi üçün 17 milyona yaxın ziyarətçinin bu şəhərə gəlməsini gözlədiklərini və hazırlıqlarını ona görə etdiklərini bildirib.
 
İraqlı səlahiyyətli bu ziyarətçilərin 15 milyonunun İraqın müxtəlif bölgələrindən və 2 milyon adamın isə digər ölkələrdən gələcəklərini düşündüklərini əlavə edib və bu ziyarətçilərin yerləşəcəkləri ilə əlaqədar bir çox məktəb və cəmiyyət binasının yanında çadırların da hazırlandığını söyləyib.