Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
İlk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutub.
PSJ öz meydanında “Çelsi” ilə görüşüb. Qarşılaşmada qalib müəyyənləşməyib.
Günün digər qarşılaşması isə Ukraynanın “Şaxtyor”-u Almaniya nəhəngi “Bavariya” ilə görüşüb. Tərəflərin səylərinə baxmayaraq, qapılar toxunulmaz qalıb.
Çempionlar Liqası, 1/8 finalın ilk oyunları:
17 fevral
PSJ (Fransa) – “Çelsi” (İngiltərə) - 1:1
Qollar: Edinson Kavani, 54 - Branislav İvanoviç, 36
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Bavariya” (Almaniya) - 0:0