İlham Əliyev Azərbaycanın səfirləri ilə görüşüb

İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib.
 
Maide.az-ınin məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə iştirak edib.
 
Xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edərək dördüncü müşavirədən keçən müddətdə görülmüş işlərdən danışıb.
Dövlətimizin başçısı müşavirədə nitq söylədi.
 
Sonda xatirə şəkli çəkdirildi.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi iki ildən bir keçirilir.
 
Müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılır.