Dünyanın əksər ölkələrində İsrail rejiminin Qəzzada törətdiyi qətliamlara etiraz nümayişləri keçirilməkdədir. Ötən gün Avropanın əsas paytaxtlarından olan Londonda çox geniş miqyaslı Fələstin xalqına dəstək nümayişi keçirilib.
Maide.az-ın məlumatına görə, nümayişdə Londonda olan azərbaycanlılar da iştirak edib. Nümayiş iştirakçılarının məlumatına görə, nümayişə 45 mindən çox insan qatılıb.
Londonda İsrail rejiminin səfirliyi binasından Big-Benə (Britaniya parlamentinin binası) doğru yürüş edən edən insanlar İsrail rejiminin cinayətlərinə etiraz edib, “Fələstinə azadlıq!”, “İsrail, cinayətləri dayandır!” şüarları səsləndiriblər. Deyerler /