Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Kamran Nəcəfovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
Prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.
Qeyd edək ki, 2013-cü il oktyabrın 17-də Nizami rayonu ərazisində yerləşən 10 №li orta məktəbin həyətində Kamran Nəcəfov xuliqanlıq niyyəti ilə lisey şagirdi olan Famil Gülüşovu bıçaqlayaraq qətlə yetirib.
Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə K.Nəcəfov 13 il müddətinə azadlıqdan məhrum edilib.