Mənsur Hadi Yəməndə sülh planını dağıtdı

Yəməndə beş aydan çoxdur ki, davam edən müharibəyə siyasi həll yolu tapılması yönündəki ümidlər azalır.
 
Maide.az xəbər verir ki, ölkənin böyük bir hissəsinə nəzarət edən Husilər Yəmənin fərari prezidenti Mənsur Hadinin irəli sürdüyü təklifi qəbul etməyib. Birləşmiş Millətlər vasitəçiliyi ilə bu həftə keçirilməsi planlaşdırılan sülh danışıqları üçün Mənsur Hadi Husilərin geri çəkilmlərini və tərkisilah olunmaları şərtini irəli sürüb. 
 
Husilərin isə bu şərtə "bəli" deməsi gözlənilmir. İyun ayındakı sülh cəhdləri də eyni şərtə görə uğursuzluqla nəticələnmişdi. Bu isə onu göstərir ki, Mənsur Hadi bilərəkdən sülh danışıqlarının aparılmaması üçün qarşı tərəfin qəbul etməyəcəyi şərtlər irəli sürür.
 
Afrika, Yaxın Şərq və Asiya arasında strateji nöqtədə yerləşən Yəməndə mart ayından bu yana davam edən toqquşmalarda indiyə qədər 4 min 500-dən çox insan həyatını itirib, yüz minlərlə insan da evlərini tər etmək məcburiyyətində qalıb. Dünyanın ən yoxsul ölkələri arasında yer alan Yəməndə milyonlarla insan da aclıq böhranı ilə üz-üzə. Bütün bunların səbəkarl kimi isə xalqın haqlı tələblərini dinləməyən və buna görə də devrilən Mənsur Hadi hökumətiridr. Mənsur Hadi Səud rejiminə sığındıqdan sonra isə Ərəbistan koalisiya yaradaraq Yəməni bombalamağa başlayıb.