Məscidi Əqsaya giriş üçün kişilərə yaş məhdudiyyəti qoyuldu

Sionist rejimin polisi bu gün cümə namazı üçün belə bir addım atacağını açıqlayıb

Maide.az-ın məlumatına görə, İsrail rejimi radiosu xəbərində, polisin Məscidi Əqsaya namaz qılmaq məqsədilə girmək istəyən 40 yaşdan aşağı kişilərə məhdudiyyət tətbiq edəcəyini bildirib.
 
Sözügedən qərar polis rəisi Moshe Edrinin rəhbərliyi ilə keçirilən toplantıda verilib
 
İsrail rejiminin Məscidi Əqsaya qarşı pozuntuları etirazla üzləşdiyi bir vaxtda, Fələstinli siyasətçi və ekspertlər İsrailin artan pozuntularının əsas hədəfinin Məscidi Əqsa kompleksinin mövcud hüquqi statusunu dəyişdirmək və buranı yəhudlərlə müsəlmanlar arasında bölmək olduğunu bildiriblər.
 
Qüdsdə yerləşən Məscidi Əqsa kompleksi müsəlmanların ilk qibləsi hesab edilir. Sionist mühacirlər içində Qiblə Məscidi ilə Kubbətus Səhra Məscidi ilə yanaşı, muzey, mədrəsələr və böyük həyətin olduğu bu kompleksin altında Həzrəti Süleyman peyğəmbərin məbədinin qalıqlarının olduğu inancı ilə qazıntı işləri aparırlar.