Böyük Britaniyanın "Liverpul" klubunda çıxış edən ulduz futbolçu Məhəmməd Salah Professional Futbolçular Assossasiyasının (PFA) ilin futbolçusu seçilərsə, Məkkə şəhərində ona torpaq hədiyyə ediləcək.
Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, İngiltərə Peşəkar Futbol Assosiasiyası 2017-2018-ci il mövsümündə ölkə çempionatının ən yaxşı futbolçusu kimi Məhəmməd Salahı seçib.
25 yaşlı misirli futbolçu bu titulun bütün namizədlərini, o cümlədən cari ildə qalib olan "Mançestr Siti" klubunun 3 namizədini Kevin de Breyn, Leroy Sane və David Salvaunu ötüb.
"Liverpul" forvardı İngiltərə Premyer Liqasında 33 oyunda 31 qolun və 9 nəticəli ötürmənin müəllifi olub.