Həzrət Məsumənin (s) mövludu münasibətilə və İmam Rzanın (ə) mövludu ərəfəsində Məşhəddə o həzrətin hərəmi güllərlə bəzədilib.
Maide.Az xəbər verir ki, Kəramət ongünlüyü münasibəitlə İmam Rzanın (ə) hərəminin bütün meydanları, fəvvarələri, sütunlu dəhlizləri güllərlə bəzədilib. Hərəmdə bu bayram günləri münasibətilə müxtəlif proqramlar o cümlədən Quranla üns məclisləri, uşaq və yeniyetmələr üçün xüsusi proqramlar, moizə və dini şənliklər sağlamlıq protokollarına uyğun olaraq təşkil olunur.
Qeyd edək ki, Kəramət ongünlüyü Əhli-Beytin (ə) səkkizinci nuru Həzrət İmam Rzanın (ə) əziz bacısı xanım Fatimeyi Məsumənin (s.ə) mövlud günündən - 12 iyundan İmam Rzanın (ə) mövlud gününə - 22 iyuna kimi davam edir.
Kəramət Ongünlüyü Əhli Beyt (ə) dostlarının şənlik günləri sayılır.