Metronun “Koroğlu” stansiyası yaxınlığında kişi intihar fikrindən daşınıb (VİDEO)

İntihara cəhd göstərən kişi ilə aparılmış danışıqlar bəhrəsini verib və o, fikrindən daşınaraq aşağı düşüb.
***
Maide.az-ın verdiyi məlumata görə, Bakının Sabunçu rayonu ərasizində bir nəfər güc strukturlarını ayağa qaldırıb.  62 yaşlı kişi “Koroğlu” metrosuna yaxın ərazidə, Böyükşor körpüsünün üstünə çıxaraq intihara cəhd göstərib.
 

Araşdırmalar zamanı həmin şəxsin kimliyi məlum olub. Bu Yusif Abbasovdur. Əraziyə cəlb olunmuş təcili yardım maşını ilə o dərhal 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb. 

***

Bakıda kişi intihara cəhd edir.
 
Metronun “Koroğlu” stansiyası yaxınlığında 20-30 yaşlarında kişi intihar etmək məqsədilə körpüyə çıxıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
 
Hazırda intihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün danışıqlar aparılır. 
 
Araşdırmalar zamanı həmin şəxsin kimliyi məlum olub. Bu Yusif Abbasovdur.

Yusif Abbasov özünü maddi durumunun çox aşağı olması və baxımsız qalması səbəbindən öldürmək istədiyini bildirib. Eyni zamanda onun bəzi güc strukturlarında şikayəti var.