Milli Məclisin deputatları Almaniyada Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər

Milli Məclisin deputatları Almaniyaya səfərə gedib.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Məclisinin üzvləri Fuad Muradov və Rövşən Rzayev Avropa Geosiyasi Forumunun Berlində keçirilən "Cənubi Qafqaz Dialoqu: Maraqlı tərəflərin ikinci məsləhət mərhələsi" adlı konfransında iştirak etmək üçün Almaniyaya səfərə gediblər.
İyulun 7-9 tarixlərində keçiriləcək toplantıda "Cənubi Qafqazda nələr ola bilər?", "Dağlıq Qarabağ kontekstində sülh quruculuğu vasitəsi kimi iqdisadi təşəbbüslərin tətbiqi" mövzusunda müzakirələr aparılacaq.
Qeyd edək ki, Avropa Geosiyasi Forumu 2010-cu ilin əvvələrində təsis edilib. Qurumun məqsədi Avropa geosiyasi məkanında qərarların müəyyənləşdirmək və qiymətləndirməkdir.