Azərbaycan İslam Partiyasının sədri hacı Mövsüm Səmədovun sentyabrın 19-da yeni köçürüldüyü 12 saylı cəzaçəkmə müəssisəsində 5 gün müddətinə cərimə təcridxanasına (karsa) salındığını xəbər vermişdik.
Bu gün Mövsüm Səmədovun “kars” müddəti başa çatdığı üçün AİP-in mətbuat xidməti 12 saylı cəzacəkmə müəssisəsi ilə əlaqə saxlayaraq bu məsələ ilə maraqlanıb.
Həbsxanadan verilən məlumata görə, məhkumun cərimə təcridxanasındakı cəza müddəti daha 7 gün artırılıb.
Müəssisə rəsmisi müddətin artlrılması səbəblərinə aydınlıq gətirməyib.(islaminsesi)