Obama Azərbaycana yeni səfir göndərir

İyulun 8-də Ağ Ev elan edib ki, Azərbaycana növbəti ABŞ səfiri olaraq Robert Sekutanın namizədliyini irəli sürmək niyyətindədir. 
 
Maide.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, Sekuta hazırda Dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini işləyir. O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. 
2012-ci ilin iyunundan ABŞ-ın Azərbaycandakı səfiri olan Robert Morningstarın səlahiyyət müddəti bu yay başa çatır.
Sekuta-nın namizədliyini ABŞ Senatının təsdiqləməsi lazımdır.