Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən «Report»a verilən məlumata görə, avqust ayında fonda 641 min 612 manat və 300 avro köçürülüb.
2016-cı ilin sentyabrın 1-dək fonda ümumilikdə 76 milyon 261 min 691 manat və 212 min 373 ABŞ dollar köçürüldüyü bildirilir. Bundan başqa, fondda 4 min 193 avro və 5 min rubl vəsaitin də olduğu açıqlanıb.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il avqustun 17-də imzaladığı fərman ilə yaradılıb.