Pekin: Tayvan Çinə məxsusdur; ABŞ -ın müdaxilə etmək haqqı yoxdur

"Tayvan Çinə məxsusdur; ABŞ -ın müdaxilə etmək haqqı yoxdur."
 
Maide.Az xəbər verir ki, bunu  Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunin ABŞ rəsmilərinin Tayvanla bağlı çıxışlarına münasibət bildirib. 
 
“ABŞ rəsmilərinin müdaxiləçi bəyanatları Çin və ABŞ -ın üç birgə bəyanatında əks olunan qaydalara ciddi şəkildə ziddir və bu müdaxilələr çox səhv və məsuliyyətsiz bir mesaj verir.”- Çin XİN sözçüsünün bəyanatında deyilir.
 
Bəyanatda qeyd olunur ki,  ABŞ silah satışı və rəsmi hərbi əlaqələri gücləndirməklə, o cümlədən Tayvana 750 milyon dollarlıq silah satışı proqramı, Tayvan adasına enən döyüş təyyarələri, Tayvan boğazını tez-tez keçən ABŞ hərbi gəmiləri və s. əməlləri ilə bölgədəki sabitliyi pozur və Çin buna qəti şəkildə qarşı çıxacaq və lazımi tədbirləri görəcək.
 
Xanım Hua Çunin qeyd edib ki, ABŞ səhvini düzəltməklə “Vahid Çin" prinsipinə və Çin-ABŞ arasındakı  3 bəyannamənin prinsiplərinə ciddi riayət edərək Tayvan məsələsində ehtiyatlı davranmalı, Tayvanın separatçı qüvvələrinə dəstəyi dayandırmalı və  Tayvan Boğazında sülh və sabitliyi qorumaq üçün ciddi addımlar atmalıdır.