Maide.az-ın verdiyi məlumata görə, Qazaxıstanın paytaxtı Astanada «EXPO-2017» üçün tikilməkdə olan meqa ticarət mərkəzi yəqin bundan sonra müəssisəyə ad seçilərkən yaşanan maraqlı olayla xatırlanacaq.
Astana Group-un rəhbəri, biznesmen Nurlan Smaqulov dövlət başçısına kompleks ərazisində olacaq ticarət mərkəzi barədə məruzə edərkən, adının (prezidentə hörmət olaraq) «Nur Plaza» qoyulmasını təklif edib: «Bizdə adlandırmaq üçün «Nur Plaza» variantı var. Əgər izn versəniz, xeyir duanızla biz onu belə adlandırmaq istərdik».
Ölkə başçısı Nursultan Nazarbayev isə ironik gülüşlə ondan - «Belə yaltaqlanmağı harada öyrənmisiz?», - deyə soruşur.
Biznesmenin hazırcavablığı isə daha maraqla qarşılanır: «Həyat öyrədib». Sonra isə «Bu, yaxşı addı. Burada Nurlanlar çoxdur», - deyə əlavə edib.
Prezident ə ticarət mərkəzinin adının «Nurlan Plaza» olmasını təklif edib.
Maide.az olaraq bu maraqlı müzakirəni sizlərə təqdim edirik.