Prezident İlham Əliyev müharibə xəbərdarlığı edib

Azərbaycan prezidenti İlham Əliyevin rəsmi Twitter mikrobloqunda müharibənin yenidən başlaya biləcəyi yazılıb: “Müharibə hələ bitməyib. Yalnız birinci mərhələsi başa çatıb. İkinci mərhələ də başlaya bilər”. 
Xatırladaq ki, prezident İlham Əliyev dünən Ağdamdakı “N” saylı hərbi hissədə olub. Dövlət başçısı hərbçilərlə görüşərək, döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış etmiş, vəziyyətin tam nəzarətdə olduğunu və təmas xəttində Azərbaycan ordusu tam üstünlüyü əldə etdiyini demişdir: "Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar – bütün bunlar bu gün Azərbaycan ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər".