Rusiya Prezidenti Viladimir Putin Beş sürətlə inkişaf edən ölkə (BRICS) təşkilatına üzvə ölkələrdən istəyib ki, ABŞ-ın rəsmi Vaşinqtona zidd ölkələr və onların müttüfiqlərinə qarşı yürütüyü düşmənçilik siyasəti ilə mübarizə aparsınlar.
BRİCS -ə Brazilya, Rusiya, Hİndistan, Çin və Cənubi Afrika Respublikası üzvdir.
Maide.az-ın məlumatına görə, İtartas agentliyinə müsahibə verən Putin deyib ki, BRİCS-ə üzv ölkələr elə bir çıxış yolu tapmalıdır ki, ABŞ-ın rəsmi Vaşinqtonun siyasətlərinə zidd olan ölkələr və onların müttəfiqlərinə qarşı düşmənçilik siyasəti və təzyiqlərinin qarşısı alınsın.
V.Putin deyib ki, artıq BRİCS-in beynəlxalq məsələlərdə rolunun artırılmasının vaxtı gəlib çatıb. “Çalışmalıyıq ki, BRİCS qrupu böyük bir birliyə çevrilsin və ölkələrin davamlı inkişafı naminə dünyanın idarəetmə sisteminin ayrılmaz bir parçasına çevrilsin.
Putin BRİCS-ə üzv ölkələrin beynəlxalq qurumlarda xüsusi ilə BMT-əd əməkdaşlıqlarının artırılmasının zəruriliyini vurğulayıb.