Qəzzaya son günlərin ən böyük hücumu (FOTO)

İsrail təyyarələrinin bombaladığı Qəzzada Fələstin hökumətinin Daxili İşlər Nazirliyi binasının dağıldığı bildirilir.

Şahidlərin bildirdiyinə görə, İsrailin hücumlarında Həmas Siyasi Büro üzvü Mahmud əz-Zəhhar, Həmas millət vəkili İsmayıl əl-Əşkar, Qəzzə hökumətinin keçmiş daxili işlər naziri Fəthi Hammadın evləri bombalanıb.

İsrail hücumlarında Qəzza zolağının şimalında 12, orta hissəsində 8, cənubu ilə Qəzza şəhərində 15 olmaqla ümumilikdə 35 evin hədəf alınıbmış.