Qəzza qan içində: 1721 şəhid, 9080 yaralı

Fələstin Səhiyyə Nazirliyi bəyanat yayımlayıb və elan edib ki, sionist rejimin Qəzzaya hücumları başlandığı gündən (8 iyul) indiyədək  Qəzzada ən az 1721 fələstinli şəhdi olb və 9080 fələstinli isə yarlanıb.

Maide.az-ın Xinhua xəbər agentlyinə istinadən məlumatına görə, bəyanatda bildirlir ki,  şəhidlərdən 398-I uşaq, 207 qadın və 74 yaşlı insanlardır. 9080 yaralıdan isə 2744 nəfəri uşaq, 1750 nəfəri isə qadındır.

Qəzza sərhədlərində Həmas hərakatı qüvvələri ilə işğalçı rejim qüvvələri arasında qarşıdurmalar hələdə davam edir. Tərəflər istədikləri məqsədlərə çatmayanadək hücumları dayandırmayacaqlarını elan ediblər.

Məlumata əsasən, BMT-nin Ümumdünya Ərzaq Prjqramının (ÜƏP) (World Food Program-WFP) nümayəndəsi Pablo Recalde Frans 24 kanalına müsahibəsində Qəzzada su və ərzaq çatışmamazlığının kritik həddə çatdığını deyib. “Bölgədə faciə yaşanır. 400 mindən artıq fələstinli didərgin düşüb, onlara yardımlar üçün çətinlik çəkirik”, -deyə Recalde bildirib.