Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 1229-a çatıb

 İl ərzində Qərbi Afrikada Ebola virusuna yoluxanların sayı 2240 nəfər olub ki, bunların da 1229 nəfəri vəfat edib.
 
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
 
ÜST BMT-nin Dünya Ərzaq Proqramı ilə birgə Qvineya, Liberiya və Syerra-Leonedə karantin zonasında yaşayan 1 milyon əhaliyə lazımi ərzağın çatdırıldığını bildirib.