Qəzzada İsrail casusları edam edilib

Qəzzada Sionist rejim  adına casusluq etdiyi üçün 3 nəfər edam edilib, casusluq etdiyi müəyyənləşən 7 nəfər də yaxalanıb.

Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “HƏMAS”  hərəkatına yaxınlığı ilə tanınan El-Mecdul-emni internet saytındakı açıqlamada bildirilir: “Fələstin müqavimət hərəkatına  bağlı hüquq-mühafizə orqanlarının, casusluq ittihamı ilə daha əvvəl saxlanılan 3 nəfəri edam edib və bu çərçivədə daha 7 nəfər yaxalanıb”.

Yaxalanan 7 nəfər müqavimət hərəkatının fəaliyyətlərini və Qəzzadakı bəzi evləri müşahidə etməkdə təqsirli bilinirlər. /