Qamət Süleymanovun qardaşı hökuməti 100 min nəfərlə hədələdi – Foto

Sabirabadda dünən vəhhabilərdən birinin saqqalı ilə bağlı baş verən məlum olaydan sonra Azərbaycandakı sələfi-vəhhabilər ölkədə təxribat törətmək istəyirlər. Bunu sosial şəbəkələrdə fəaliyyət göstərən vəhhabilərin yazdıqları status və rəylərdən aşkar şəkildə görmək mümkündür. 
 
Vəhhabilərin Azərbaycandakı liderlərindən olan Qamət Süleymanovun qardaşı Yaşar Süleymanlı tərəfindən sosial şəbəkədə yazılı status bir qədər fərqli olub. Belə ki, “İ Love Azerbaijan” adlı səhifənin Sabirabaddakı hadisə ilə bağlı paylaşdığı videonun altına komment yazan Yaşar Süleymanlı baş verən olayla bağlı 48 saat vaxt qoyduqlarını söyləyib. Statusda deyilir: 
 
“Dövlət strukturları yaxın 48 saat ərzində, bu işdə əli olan şəxslər dərhal cəzalandırılmalıdır. Əks halda 100 000 (yüz min nəfər) yığışıb Sabirabada gedib, o zındıqları cəzalandırmaq lazımdır. Şərəfsizlər“
 
Təbii ki, Yaşar Süleymanlının yüz min nəfəri bir yerə yığmaq iddiası xülyadan başqa bir şey deyil. Lakin yazılan rəydən görünən budur ki, hüquq mühafizə orqanları və digər aidiyyəti qurumlar təməli yeni qoyulan təxribatla bağlı ciddi şəkildə qabaqlayıcı tədbirlər görməlidir./Azadxeber