Qarabağdakı gərginlik Azərbaycanın səhm payını aşağı saldı

Dağlıq Qarabağ ətrafında müharibə təhlükəsi BP-nin başçılığı ilə 40 milyard dollarlıq yatırım edilən Azərbaycanın və Ermənistanın qaz bazarını idarə edən “Qazprom”un olduğu regionu təhlükə altına qoyur. 
 
Bu barədə informasiyanı Blomberq saytı yayıb. Sayta açıqlama verən “Landesbank Berlin İnvesment”in maliyyə meneceri Luts Ryomeyer konfliktin yenidən gərginləşəcəyi təqdirdə böyük iqtisadi itkilər verəcəyini bildirib. O, Azərbaycan və Ermənistana məxsus istiqrazların geniş miqyaslı müharibə təhlükəsi ilə daha böyük həcmdə və aşağı qiymətlə dəyərləndirildiyini söyləyib.