Qarabağda qalan qəbirlərimiz

Lernik Ovannisyan azərbaycanlılara məxsus məzarlardan danışıb

“Dağlıq Qarabağ ərazisindəki azərbaycanlı qəbristanlıqlar toxunulmamış durur”. 
 
ANS-in məlumatına görə, bu barədə özünü qondarma rejimin mədəniyyət və gənclər nazirinin müavini kimi təqdim edən Lernik Ovannisyan bildirib. 
 
O, hətta Kəlbəcər rayonunda səlcuq hökmdarlarına məxsus iki mavzoleyin saxlanmasından da bəhs edib. “Səlcuq sərkərdələri yatan bu iki mavzoley 14 və 15-ci əsrlərə aiddir. Düzdür, memarlıq quruluşuna görə, onlar erməni kilsələrinə bənzəyir, yalnız gümbəzin üzərində xaçı əksikdir”,- deyə Ovannisyan vurğulayıb. 
 
Amma işğal zonasına keçə bilmiş region sakinlərinin çəkdikləri həvəskar şəkilişlərdən görünür ki, qondarma rejimin məmurunun söylədikləri yalandır. Ermənistanda azərbaycanlı qəbristanlardan sökülən baş daşları üzrə xüsusi biznes var idi və məşhur jurnalist Tom de Vaalın təsisçisi olduğu Müharibə və Sülh Reportyorları İnstitutu (IWPR) bir neçə il qabaq buna xüsusi araşdırma həsr etmişdi.