`Qarabağ` üçün ölüm-dirim savaşı

Bu gün Avropa Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçiriləcək.

Maide.az xəbər verir ki, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu növbəti matçına çıxacaq.

Ağdam təmsilçisi üçüncü görüşündə Ukraynada "Dnepr"in qonağı olacaq. İki oyundan sonra hər iki komandanın aktivində 1 xal olması matça olan marağı bir qədər də artırır. Bu görüşdə qələbə qazanacaq komanda qrupdan çıxmaq yolunda önəmli addım atmış olacaq. Kiyevdə keçiriləcək oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.

Qeyd edək ki, ilk görüşündə evdə "Sent-Etyen"lə 0:0 bərabərə qalan "Qarabağ" səfərdə "İnter"ə 0:2 hesabı ilə uduzub.

23 oktyabr

Avropa Liqasının qrup mərhələsi, III tur

00:05. "Dnepr" (Ukrayna) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Libor Kovarik, Kristof Menkl və Yan Patak (hamısı Çexiyadandır)

Kiyev. "Olimpiyski" stadionu.


 

S
 
Komandalar O
 
Q
 
H
 
M
 
T-F
 
Xal
 
1.
 
İnter 2
 
2
 
0
 
0
 
3:0
 
6
 
2.
 
Sent-Etyen 2
 
0
 
2
 
0
 
0:0
 
2
 
3.
 
Dnepr 2
 
0
 
1
 
1
 
0:1
 
1
 
4.
 
Qarabağ 2
 
0
 
1
 
1
 
0:2
 
1