Qarakənd səmasında baş verən partlayışın planı İrəvandan uzaqlarda cızılmışdı

Ermənilər sadəcə “muzdlu qatil” rolu oynadılar

Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42-də vuruldu. O müdhiş gün, içərisində Tofiq İsmayılov - dövlət katibi, Məhəmməd Əsədov - dövlət müşaviri, İsmət Qayıbov - baş prokuror, Zülfü Hacıyev - baş nazirin müavini, Qurban Namazəliyev - nazir müavini, Vəli Məmmədov - xalq deputatı, Vaqif Cəfərov - icra başçısı, Osman Mirzəyev - Prezident aparatının şöbə müdiri, Alı Mustafayev - Jurnalist, Fəxrəddin Şahbazov - operator, Arif Hüseynzadə və bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçilərin də olduğu helikopter ermənilər tərəfindən partladıldı.
 
 Bu günə qədər faciə barədə çoxsaylı yazılar yazılıb, rəy və fərziyyələr irəli sürülüb. Görünən isə budur ki, faciənin terror olmasını dəfələrlə qeyd olunmasına baxmayaraq, istintaq bu həqiqəti üzə çıxarmadı. Bu cinayətə görə heç kim müttəhimlər kürsüsünə oturmadı.  Buna səbəb kimi “hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması” göstərildi və bildirildi ki,  məhz bu səbəbdən “cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.”    1991-ci il noyabrın 21-də Hərbi Qarnizon Prokurorluğu tərəfindən başlanan cinayət işi başa çatmadan qapadıldı.
 
Təbii ki, potensial qatil olaraq ermənilər göstərildi. Amma onlar sadəcə “vur” əmrini yerinə yetirən muzdlu qatillər idi. Bu qətliamı planlaşdıran tamam baqa qüvvələrdi, lakin  onun həyata keçməsini təşkil edənlər içərisində  “sapı özümüzdən olan baltalar “da oldu.
 
Bu faciənin bir çox qaranlıq məqamlarına aydınlıq gətirmək üçün eyni motivlər üzrə 1980-ci ildə İran parlamentində baş verən  və 72 nəfərin həlak olmasıyla nəticələnən hadisəyə nəzər salmaq yetərlidir.
 
1979-cu ildə İranda İslam inqilabı qələbə çalmışdı. İmam Xomeyninin başçılığı altında istibdadçı şah rejimini devirən xalq, demokratik dəyərlərə əsaslanan hakimiyyət qurmaqda qərarlı idi. Ölkənin ağıllı ziyalıları xalqla bir araya gələrək mənəvi dəyərlərə söykənən parlament formalaşdırmağa nail oldular.  İranlıların bu qətiyyəti dünyanıöz bildiyi kimi idarə edən məlum qüvvələri heç cür qane edə bilməzdi. Buna görə də 1980-ci ildə parlamentin binasında dəhşətli partlayış baş verdi. Ölkənin aparıcı ziyalılarından, görkəmli şəxsiyyətlərindən, savadlı, mübariz insanlarından ibarət 72 insan bu qanlı terror  hadisəsində şəhid oldu. Bir müsəlman məmləkətində düşünən başları məhv etdiyinə əmin olan irticaçı qüvvələr əsil hədəflərinə çata bilmədilər.
 
 Azərbaycan da 1991-ci ildə öz müstəqilliyini elan etdi. Zəngin neft ehtiyatları 2-ci dəfə öz milli hökumətini qurmaq istəyən Azərbaycanı qısa zaman içində regionun lider dövlətinə çevirəcəkdi. Çənubi Qafqazda bir müsəlman dövlətinin güclənməsi  qaranlıq qüvvələrə sərf etmirdi. Buna görə də xalqın ağıllı, mübariz və mərd oğullarını aradan götürmək üçün plan qurmaqla, iki istəklərini reallaşdırmağa nail oldular. İranda olduğu kimi,  öncə “düşünən başları” aradan götürdülər, paralel olaraq, ermənilərlə azərbaycanlılar arasında münaqişə alovunu qızışdırmağa da nail oldular.  İran-İraq müharibəsini korükləndirdikləri kimi....
 
İki ölkədə başverən terror hadisələri arasında oxşar məqamlardan biri də, bu olayların xaricdəki müəlliflərinin və ölkə daxilindəki “balta saplarının “ adlarının gizli qalması idi.
 
“İstintaq zamanı müəyyən edilib ki,“Mİ-8” N72 helikoper yola çıxarkən mühafizə üçün nəzərdə tutulmuş pulemyotlar, “PTURS” raketləri açılıb götürülmüş, hərbi helikopter adi bir yük nəqliyyatı kimi yola çıxmışdır.” Bunu edənlər bəs kimlər idi?  Hər halda ermənilər deyildi. Kimlərinsə sifarisini yerinə yetirən “özümüzünkülər“idi.  Deyilənə görə, bu helikoptelin sərnişinləri arasında erməni tərəfindən də nümayəndələr olmalı idi. Lakin qəfil zəng bu planları dəyişirb, ermənilərlə yanaşı, daha bir neçə sərnişin  uçası olmur. Onların içində Tamerlan Qarayev də var idi.
 
 Amma onun düşürülməsi şübhələri bir azərbaycanlılının üzərinə çəkmək üçün təxribat da ola bilərdi. Və olmaya da bilərdi. Kimisə gümanlara görə təqsirləndirmək olmaz.
Göründüyü kimi hər iki faciənin səbəbləri ilə bağlı çoxlu paralellər aparmaq mümkündür. Lakin bu sirlər nə zaman açılacaq, ümimiyyətlə açılacaqmı? Zaman sirli xəyanətləri uzun zaman gizlətməyi sevmir.  İllər, hətta əsrlər sonra belə baş vermiş  cinayətlər üzə çıxır. Xainlərin ən böyük cəzası isə  onların öz ləkəli vicdanları ilə baş-başa qalmasıdır. Bu dünyada belə bir  ağır cəzanı daşıyanlar İlahi ədalətin sorğusundan qurtula bilməyəcəklər.(islaminsesi.org)