Qazaxıstanda matəm elan olunub

Qazaxıstanın Jambıl bölgəsində hərbi hissədə baş vermiş partlayışla əlaqədar matəm elan edilib.

 
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq qərar imzalayıb.
 
Bildirilib ki, 29 avqust tarixi matəm günü elan olunub.
 
Qeyd edək ki, ölkənin Jambıl vilayətində hərbi hissədə silah-sursat anbarında baş vermiş partlayış nəticəsində 12 nəfər həyatını itirib.