Sentyabrn 15-dən Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiyməti bahalaşacaq.
Maide.Az “Report”-a istinadən məlumat verir ki, sentyabrın 15-dən “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edəcək.
Xatırladaq ki, bundan öncə “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.