Ramin Musayev Şuşaya 24 min manatı çox gördü

Azərbaycan Premyer Liqasında və I divizionunda çıxış edən bəzi klubları AFFA və PFL malliyyələşdirir. Onlardan biri də "Şuşa"dı. Erməni işğalı altında olan qədim şəhərimizi təmsil edən komandanı Peşəkar Futbol Liqası saxlayır
 
Amma deyəsən Şuşanın yükü Ramin Musayev üçün ağır olub. Belə ki, PFL rəhbəri komandanın büdcəsini azaldıb. 
 
İndiyə qədər ayda 12 min manat ödənilən "Şuşa"nın bundan sonrakı büdcəsi 10 min manat olacaq. Yəni Şuşa şəhərini təmsil edən komandaya ildə 120 min manat ödəniləcək. Aradakı 24 min manatlıq fərqin isə necə ödənəcəyi bəlli deyil.