Çeçenistanın Prezidenti Ramzan Kadyrov ABŞ Prezidenti Barak Obamanın öz ölkəsinə səfərlərinə embarqo qoyub.
Çeçenistan prezidenti bununla bağlı verdiyi bəyanatda ABŞ-ı və Avropa İttifaqını “dövlət terrorizmində” ittiham edir.
Cənab Obama ilə yanaşı Avropa İttifaqının daha üç liderinin Çeçenistan ərazisinə səfərlərinə qadağan qoyulub.
Kadyrov “qara siyahısına” həmçinin Avropa Birliyinin rəhbərləri - José Manuel Barroso, Herbert van Rompuy və Catherine Ashton daxil edilib.
Çeçenistan başçısı özünün İnstagram hesabında yazır ki, qadağanlar ABŞ və Aİ-nin Ukrayna, Liviya, Suriya, İraq və Əfqanıstanda həyata keçirdiklləri “dövlət terroru”na cavabdır.azadliq /