İran İraq probleminin beynəlxalq arenada müzakirələrinə başlayıb

İranın xarici işlər nazirinin mavini Hüseyn Əmirabdullahian bu gün Küveytə səfər edib. Bu barədə İLNA agentliyi xəbər verir.
H.Əmirabdullahian Küveytdən Omana, oradan isə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
Məlumata əsasən, səfər zamanı H.Əmirabdullahian bu üç ölkə rəsmiləri ilə bölgədəki son durumu, İraq və Suriyadakı vəziyyəti müzakirə edəcək.
Qeyd edək ki, bundan öncə iyunun 30-da H.Əmirabdullahian Rusiyaya səfər etmiş və Rusiya rəsmiləri ilə İraq və Yaxın Şərqdəki vəziyyəti müzakirə etmişdi.