İraqın yeni prezidenti seçildi

Faktxeberin- “Əl-Məsələ” saytına istinadən məlumatına görə, İraq Parlamentində keçirilən səsvermə zamanı əslən kürd olan Fuad Məsum bu ölkənin prezidenti seçilib.

Kürdlər Fuad Məsumun yeganə namizəd olacağı barədə ilkin razılığa gəlmişdilər.

Xatırladaq ki, İraq qanunvericiliyinə əsasən, ölkə prezidenti kürdlərdən, baş naziri şiələrdən, parlament sədri isə sünnilərdən olmalıdır.

Maide.az-ın məlumatına görə, Məhəmməd Fuad Məsum   1938-ci ildə İraqın şimalında yerləşən Ərbil şəhərində doğulub İngilis, ərəb və Kürd dillərini bilir. . O, Cəlal Talibaninin rəhbərlik etdiyi Kürdüstan Yurdseverlər Birliyi partiyasının rəhbər şəxslərindən olub. İlk dəfə Səddam rejimi devrildikdən sonra 2005 -ci ildə seçkilərdə iştirak edərək öz partiyasını Parlamentdə təmsil etməyə başlayıb. Əl-Əzhər Universitetini bitirib.  Fəlsəfə doktorudur.  1992-ci ildə Federal Kürdistan bölgəsində ilk baş nazir olub.