İraq ordusu Tikrit şəhərinin böyük bir bölgəsini azad etdi

İraq hərbi qüvvələri Tikrit şəhərinin Əl-Babeveh bölgəsindən  əl-Əvcə bölgəsinə kimi olan böyük bir ərazini terrorçu qruplaşmlardan təmizləyərək azad edib. 
 
Maide.az-ın əl-Əraqiyyə televiziya kanalına istinadən məlumatına görə, İraq ordusunun əməliyyatları zamanı, İŞİD terrorçularından 50 nəfərdən çoxu öldürülüb, 40 nəfəri isə yaralanıb.
 
İraqın təhlükəsizlik qüvvələri əməliyyatlar zamanı özünü Kərkükün qərb bölgəsinin valisi adlandıran şəxsi və digər bir neçə terrorçunu da öldürüblər.
 
Məlumata əsasən,  İŞİD terrorçuları  Bağdadın qərbində yerləşən Fəlucə şəhərində silahlı qruplaşmanın bir neçə komandirini Əbubəkr əl-Bağdadi ilə beyət etmədikləri üçün başlarını kəsib.