Regiondakı faciələri yaratmaqda Amerikanın əsas məqsədi Fələstini unutdurmaqdır

Ali Rəhbər Ayətullah Xamenei  bu gün günün birinci yarısında hökumət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşüb.
 
Maide.Az xəbər verir ki, görüşün əvvəlində  Ali Rəhbər  Ayətullah  Xamenei  iştirakçıları, hökumət rəsmilərini, qonaqları – müsəlman ölkələrinin möhtərəm səfirlərini mübarək Fitr bayramı münasibətilə təbrik edib.
 
Çıxışının davamında  Ayətullah Xamenei  İslam dünyası və bölgədə baş verən  müharibələr və  terrorların başında hegemon güclərin  xüsusi ilə Amerikanın dayandığını bildirib. “ Onların məqsədi sionist rejim üçün  nəfəs almağa şərait yaratmaq və  Fələstin məsələsinin  unutdurulmasıdır. Onlar istəyir  bir coğrafiyanı və bir xalqı inkar etsinlər.Anlamırlar ki, Fələstinin minlələrlə il  tarixi var və Fələstin xalqının  da öz torpaqları var. Bu həqiqəti inkar etmək olmaz. Bu  çirkli planlarla yeganə  mübarizə yolu   həqiqi düşməni tanımaq və müqavimət göstərməkdir.  İran xalqı göstərib ki, inkişafın yeganə yolu müqavimətdədir.”
 
Ayətullah  Xamenei  bildirib ki,  Fələstin məsələsi  İslam dünyasını əsas məsələsidir və  İslam ölkələrinin heç biri və hətta  vicdanı olan  qeyri-islami ölkələr belə  onu unutmamalıdırlar. 
 
Ayətullah Xamenei bildirib ki,  önəmli məsələlərdən biri  İslam ümmətinin  bu günki problemlərinin  əsas pis qaynaqlarını  və terrorizmi  yayan gizli əlləri tanımaqdır.  “ Bütün ölkələr  və güclər sözdə terrorizmlə mübarizə aparır  və terrorizmlə yalançı mübarizə üçün koalisiyalar qurur.  Bu güclər zahiri iddialarının  əksi olaraq əməldə terrorizmi dəstəkləyirlər və yayırlar.”
 
Ayətullah Xamenei Suriyada baş verən hadisələrin ilk günlərində ABŞ səfirinin etirazçıların arasında olmasını və  siyasi münaqişəni  daxili müharibəyə çevirmək üçün zəmin yaratdığını xatırladarq bildirib:  “Siyasi bir  münaqişəni  qardaş qırğınına  çevirdilər. Maliyyə və silah yardımı ilə,  haram  neft pulları ilə  müxtəlif bölgələrdən şəxsləri Suriya və İraqa gətirdilər və bu gün bölgədə  sabitsizlik yaratdılar.”
 
Ayətullah Xamenei  deyib ki,  İslam Ümməti düşməni  tanımalıvə  onların planlarını bilməlidir. “Siyasi münaqişənin  daxili müharibəyə çevirilməsi prosesini bu gün Bəhreyndədə müşahidə edirik. İran İslam Respublikası  Bəhreyn məsələlərindəheç bir müdaxilə etməyib və etməyəcək. Lakin  əgər  bu ölkədə siyasi  ağır və düşüncə olarsa  siyasi münaqişəni  daxili müharibəyə  çevrilməyə qoymazlar. Xalqı  qarşı-qarşıya qoymamalıdırlar.”
 
Ayətullah  Xamenei  Yəməndəki  duruma və bu ölkədə insanların evlərinin,  xəstəxanaların , məscidlərin və infrastrukturun bombalandığını bildirib və deyib ki, təcavüzkar  öz təcavüzündən əl çəkməlidir və İslam dünyası da  boş bəhanələrlə Yəmən xalqına  hücum edən  təcavüzkarı cəzalandırmalıdır.