Rusiya ABŞ-la şagird mübadiləsi proqramını dondurub

Maide.az-ın məlumatına görə, Rusiya ABŞ-ın Future Leaders Exchange şagird mübadiləsi proqramında iştirakını iki il müddətinə dayandırıb.
 
"Biz Rusiya hakimiyyətinin 21 il ərzində xalqlarımız arasında dərin və möhkəm bağlar yaradan proqramı bağlamaq qərarına dərindən təəssüflənirik", Moskvada Rusiya tərəfinin qərarını şərh edən ABŞ səfiri John Tefft deyib.
 
Onun sözlərinə görə, FLEX sayəsində Rusiyanın 8 min yuxarı sinif şagirdi ABŞ-ı ziyarət edib, amerikalı ailələrdə yaşayıb, məktəbdə oxuyub və "ABŞ-ın 50 ştatında milyonlarla amerikalını Rusiyada olan ən yaxşı şeylərlə tanış edirdi".
 
Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Moldaviya, Tacikistan, Türkmənistan, Ermənistan və Azərbaycandan olan şagirdlərin həmçinin iştirak etdiyi proqram tibbi sığota və gediş də daxil olmaqla tamamilə ABŞ tərəfindən ödənilir.
 
"Kommersant" qəzetinin Rusiyanın Təhsil və Elm Nazirliyində olan mənbəsi deyib ki, Rusiya tərəfi proqramda iştirak etməyi şagirdlərdən birinin ABŞ-dan dönməməsi və hakimiyyətin onun üzərində himayəni rəsmiləşdirdiyi məsələnin "bütün hallarını aydınlaşdırana qədər" dayandırıb.