Rusiya XİN başçısının böyük mətbuat konfransının tarixi açıqlanıb

Tədbir rus, ingilis və fransız dillərində “Periscope”, “Facebook” və “Vkontakte” sosial şəbəkələrində də yayımlanacaq
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 17-də Moskvada ötən ilin yekununa həsr edilən böyük ənənəvi mətbuat kofransı keçirəcək.
 
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
 
Xəbərdə bildirilib ki, tədbir Bakı vaxtı ilə saat 11:30-da Rusiya XİN-in Mətbuat Mərkəzində keçiriləcək.
 
Mətbuat konfransı rus, ingilis və fransız dillərində “Periscope”, “Facebook” və “Vkontakte” sosial şəbəkələrində də birbaşa yayımlanacaq. /