Səhər yeməyində karbohidratlarla zəngin hazır dənli yeməklər yemək sağlamlıq üçün zərərlidir.
Maide.Az "sputnik"ə istinadla xəbər verir ki, bu barədə dietoloq Lidiya İonova danışıb.
Onun sözlərinə görə, tez hazırlanan qidalar, sosiskalar, sardelkalar, yarımfabrikat qidalar sağlamlıq üçün zərərlidir.
"Ağ çörək insan sağlamlığı üçün faydalı deyil. İnsanlar manna yarması və kuskusdan imtina etməlidir", -deyə dietoloq səhərlər şirə və qazlı sulardan imtina etməyi tövsiyə edir.
Onun sözlərinə görə, səhər yeməklərini qarabaşaq sıyığı, qəhvəyi düyü, bulqur, ağ çörəyi isə taxıl çörəyi ilə əvəz etmək lazımdır.
Mütəxəssis hesab edir ki, səhərlər kolbasa və sosiska əvəzinə toyuq və ya balıq əti ilə hazırlanmış yeməklər yemək daha faydalıdır.