Səudiyyə Ərəbistanın başçılıq etdiyi Koalisiya Qüvvələri ötən gün Yəmənin Məarib, Səada və əl-Bəyza vilayətlərində müxətlif yerləri bombalayıb.
Maide.Az “AlMasirah” saytına istinadla xəbər verir ki, işğalçı rejim qüvvələri ötən gün Məarib vilayətinin Mahilə və Rəhbə bölgəsini 20 dəfə bomablayıb.
Məlumata görə, təcavüzkar rejim qüvvəllərinin hücumları zamanı 8 mülki şəxs həyatını itirib. Yaralanan onlarla insan da müxtəlif xəstəxanalara yerləşdiriliblər
Çox sayda evə və mülkə ziyan dəyib.
Qeyd olunub ki, təcavüzkar Səudiyyə rejiminin başçılıq etidyi Koalisiya Qüvvələri son 24 saata 302 dəfə Əl-Hədidə atəşkəsini pozub və Yəmənin müxtəlif böglələrini bombalayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının belə hücumları milyonlarla yəmənlini yaşadıqları bölgələrdən didərgin salıb.