Sabah paytaxtda 37, Azərbaycanın rayonlarında 40 dərəcə isti olacaq

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, cənub küləyi əsəcək.
 
Havanın temperaturu gecə 24-27, gündüz 32-37 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında da havanın yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək.
 
Atmosfer  təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.
 
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 26-27, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 27-28 dərəcə isti təşkil edəcək.
 
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 15-17-də Abşeron yarımadasında isti temperatur diskomfortu fonunda durğun hava şəraitinin üstünlüyü  meteohəssas insanlar üçün əlverişsizdir.