Sionist rejim 15 ildə 90 min fələstinlini həbs edib

Təcavüzçü İsrail rejimi son 15 ildə 90 min fələstinlini həbs edib.
Maide.az xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatına bağlı Əsirlər və Sərbəst Buraxılanlar Qurumu Araşdırma və Sənədləşdirmə şöbəsinin rəisi Əbdünnasir Fərvanə məılumat verib.
Onun sözlərinə görə, 28 sentyabr 2000-ci ildən bu günə qədər həbs edilənlərin hamısı müxtəlif fiziki şiddətə və psixoloji təzyiqlərə məruz qalıblar. Ə.Fərvanə deyib ki, 29 min nəfər haqqında da inzibati həbs qərarı çıxarılıb:
“Həbs edilənlərin 12 min nəfəri uşaq olub. Onlardan hələ də 200-ü İsrail həbsxanalarındadır. 65-dən çox millət vəkili və keçmiş nazirlər də hazırda həbsxanadadır”.
O sözlərinə əlavə edib ki, 1500-dən çox fələstinli məhbus hazırda xəstə vəziyyətdədir. Bundan başqa, 83 nəfər işgəncə səbəbindən dünyasını dəyişib. /