İslami Məzhəblərarası Yaxınlaşma Komitəsinin baş katibinin müsəlman ölkə rəhbərlərinə xəbərdarlıq

İslami Məzhəblərarası Yaxınlaşma Komitəsinin baş katibi Höccətül-islam Möhsin Əraki İslam ölkə rəhbərləri, müsəlman alimlər, siyasi və ictimai xadimlərinə açıq məktub yazıb və İslam dünyasında mövcud vəziyyətlə bağlı xəbərdarlıq edib.  
Maide.az-ın İran mətbuatına istinadən məlumatına görə,  Məktubda M.Əraki məktubda iki ən önəmli məsələ biri Fələstin və Qəzzədə sionistlərin soyqırım həyata keçirməsi və digəri ABŞ və onun sionist müttəfiqlərinin  müsəlman xalqlarının parçalanması ilə bağlı məkrli planlarını vurğulayıb. “Bu iki təhlükəli hadisə İslam torpaqları və müsəlmanları üçün təşkil olunmuş ən böyük fitnədir. Bu günbu böyük fitnə ilə mübarizə aparmaq bütün müsəlmanların həm dini və həmdə məntiqli vəzifə borcudur”,-deyə məktubda vurğulanıb.
Əraki məktubunda düşmən sionistlər və hegemon rejimlərlə mübarizə üçün müsəlmanların birləşməsinin zəruriliyindən danışıb və  İslami Məzhəblərarası Yaxınlaşma Komitəsinin bu iki böyük təhlükə ilə mübarizə və müsəlmanların vəhdəti üçün təqdim olunacaq hər hansı bir layihə və proqramı tam gücü ilə dəstəkləməyə hazır olduğunu elan edib.
 İslami Məzhəblərarası Yaxınlaşma Komitəsinin baş katibi Höccətül-islam Möhsin Əraki İslami Misir, Nəcəf, Qum, Hicaz, Şimali Afriqa və digər dini elm və fətva mərkəzlərin rəhbərləri, müctəhidlər və din xadimlərindən istəyib ki, müsəlmanların bir-biri ilə müharibə aparmasının haram olması ilə bağlı fətva versinlər və müsəlmanların vəhdəti və təhlükələrin onlardan uzaqlaşması üçün çalışsınlar.