İsrailin XİN başçısı: Mitinqlərdə işitrak edən Fələstinli gənclər edam olunmalıdır

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə,  sionist rejiminin xarici işlər naizir Aviqdor Liberman rejimin məhkəmə sistemindən tələb edib ki, işğal altında olan ərazilərdə həbs olunmuş fələstinli gənclər ən ağır cəzaya layiq görülsün. Hətta onlara qarşı edam hökümləri belə, çıxarılsın.
Maide.az-ın məlumatına görə, Liberman, "bu cəza qaydalarının icrası səbəb olacaq ki, fələstinlilər İsrail əleyhinə mitinqlərdə iştirak etməkdən qorxsunlar", - deyə bildirib.