İsrail Fələstin ərazisindən endirilən raket zərbələrinə cavab olaraq Qəza zolağı ilə sərhəd boyu ordu birləşmələrini cəmləşdirir. Bu barədə İsrail hərbçilərinin açıqlamasında bildirilir.
Qeyd edək ki, iyunun 3-də İsrail ərazisindən Qəza zolağına endirilən hava zərbələri nəticəsində azı 11 fələstinli yaralanıb. Bundan əvvəl Qəza zolağından atılan raketlər İsrailin cənubunda iki evi uçurub.
Xatırladaq ki, iyulun 1-də İsraildə İordan çayının Qərb sahilində oğurlanaraq qətlə yetirilən 3 yeniyetmənin dəfn mərasimi keçirilib. İsrail yeniyetmələrin qətlində “Həmas” hərəkatını günahlandırır. “Həmas” insidentlə əlaqəli olduğunu inkar edir.