İsrail rejimi əsgərlərə vur əmri verib

İsrail rejimi polisinin "daş və molotov" atdığı və bu səbəblə də fələstinlilərə qarşı həqiqi güllədən istifadə etməsi "siyasi və hüquqi" olaraq təsdiq edilib
 
Maide.az xəbər verir ki, İsrail rejiminin baş prokuroru Yehuda Veinstein "Snayperlərin daş atan fələstinlilərə qarşı həqiqi güllədən istifadə etməsini" ehtiva edən qərarı qəbul edib.
 
Qərar görə, rejimin polisi və əsgəri "daş atanlara" "Ruger 22" silahı ilə qarşılıq verəcək.
 
Artıq bu gündən qərar qüvvəyə minib və ilk fələstinli şəhid edilib. Rejimin polis sözçüsü Lupa Samiri tərəfindən yayımlanan yazılı açıqlamada, Qüdsün İsseviyə məhəlləsində "polisə molotov kokteyli atan bir Fələstinlinin öldürüldüyü" bildirilir.