Suriyada 4 silahlı quruplaşma birləşdi

Suriyada artıq neçə müddətdir ki,  bu ölkənin hökumətinə qarşı vuruşan və özlərini “mühacir” müxalif qrup adlandıran 4 silahlı qruplaşma “Ənsarud-din” adlı atlında birləşiblər.

Maide.az-ın məlumatına görə, yayımlanan videoda Suriyada vuraşan önəmli terror qruplaşmaları “Ceyşul-Muhacirin vəl Ənsar”,  “Fəcrul Şam”, “Şamul İslam” və “Kətibetul Hadra” adlı qurplaşmalar “Ənsarud-din” adı altında birləşiblər və bütün əməliyyatlarını vahid idarəedəcəklərini bildiriblər.

Onlar öz açıqlamalarında “Ənsarud-din” qrupunun əsas hədəfinin “islam” şəriətini icrası və Əsəd rejimi ilə müharibə etmək olduğunu bildiriblər. /