Suriya müxalifətinin sabiq başçısı mövqeyini dəyişdi

 Suriya müxalifət koalisiyasının sabiq başçısı Məaz Əl-Xətib, keçid dövlətinin təşkili üzərində təkidə dair qabaqkı mövqeyindən daşınıb, müxaliflər koalisiyasının dağıldığını etiraf edərək Suriya hökuməti ilə müzakirəyə hazır olduğunu bildirib.

 Əl-Aləm telekanalının verdiyi məlumata görə Məaz Əl-Xətibin həmin sözlərini ehtiva edən videoçarxın yayılması Suriyada geniş rezonans doğurub.

 Əl-Xətib həmin videoçarxda vurğulayıb ki; Suriyada toqquşmalara son qoymaq və ölkəni böhrandan xilas etmək üçün müzakirəyə hazırdır.

Rəy Əl-Yəum qəzetinin yazdığına görə 2013-cu il Suriya müxaliflər koalisiyasının başçılığından istefa verən Məaz Əl-Xətib Yutube şəbəkəsində yayımlanan bir video materyalda deyib: Suriyalılar istər inqilab, istərsə də hökumət tərəfdarları ölkənin parçalanmasına qarşı çıxmaqda, toqquşmalara son qoymaqda və ədalətin bərqərar edilməsində ortaq mövqeə malikdirlər.

Əl-Xətib Suriya hökumətinin qələbə çalmadığını vurğulayaraq eyni halda deyib: Müxalifət də zəifdir və lazım olan birliyə malik deyil, buna görə də hər iki tərəf kənara çəkilməli və hökuməti mütəxəssislərə tapşırmalıdır. maide.az /