`Time` Qorbaçovu necə ifşa etdi? - FOTOLAR

Qorbaçovun hakimiyyəti dövrünü yeni düşüncələr və dəyişikliklər dövrü adlandırmaq olar. O, amerikalıların sevimlisi idi... Onun portretləri bütün jurnalların üz qabığını bəzəyirdi. İki dəfə “İlin adamı” seçilir. Və amerikalılar hiss edirdi ki, o, onların xeyrinə çalışır.
Maide.az xəbər verir ki, SSRİ-nin son rəhbəri hakmiyyətə gəldiyi zamandan  çap edilən "Time" jurnalı onun kimliyi, arzuları və sonda dağıdıcı funksiyası ilə bağlı üz qabıqlarını toplanılıb.
Bu fotolarda SSRİ liderinin dövləti dağıtmaq ylundakı fəaliyyəti açıq-aşkar göstərilib.


 

09.09.1985-ci il... Sovet liderinin jurnalistlə “face-to-face” tipli müsahibəsi... Sovet tarixində bu cür müsahibələr demək olar ki, olmurdu. Müsahibədən dərhal sonra Amerika Qorbaçovu yeni nəslin lideri kimi təqdim edir.

1985-ci il noyabrın 19-da Cenevrədə ABŞ prezidenti Ronald Reyqanla SSRİ rəhbəri Mixail Qorbaçovun birinci görüşü baş tutur. Bu cür görüş axırıncı dəfə 6 il əvvəl Brejnev və Karter arasında olmuşdu. Və beləliklə, Sovet İttifaqının “Soyuq müharibə” dövrü bitir.

 

23.06.1986-cı ilin üz qabığı: məzənnələr artır.


 

02.12.1985-ci il “Time” jurnalının üz qabığında Ronald Reyqan və Mixail Qorbaçov.26.10.1986-cı il: Ronald Reyqan və Mixail Qorbaçov İslandiyada...

 

27.07.1987-ci il jurnalının üz qabığında sual var: Qorbaçovda alınacaq?

 

05.10.1987-ci il jurnalında kosmik proqram SSRİ-nin liderliyini təsdiq edilirr.

 

26.10.1987-ci il... Sovet İttifaqının 38 şəkli bir arada.

14.12.1987-ci il... 8 dekabr 1987-ci ildə Vaşinqtonda Sovet İttifaqı ilə Amerikanın yüksək səviyyəli görüşü olur. Həmin görüşdə Mixail Qorbaçov və Ronald Reyqan kiçik raketlərin aradan qaldırılması haqqında müddətsiz müqavilə imzalayır. Qorbaçov SSRİ-də mövqe tutmağa başlayır.


 

04.01.1988-ci il... Qorbaçov 1987-ci il jurnalın üz qabığında yer alır. Və “İlin adamı” seçilir. Beləliklə, bu yarışda Reyqana qalib gəlir. Amerikalılar Qorbaçovun əsl məqsədini başa düşür.

06.06.1988-ci il... Raisa Qorbaçov.

13.06.1988... Reyqanın Moskvaya səfəri. Reyqan deyir: “Mən heç vaxt buraya gələcəyimi düşünmürdüm”. Bundan sonra iki ölkə arasında münasibətlər daha da istiləşir.

19.12.1988-ci ildən bir nömrə... Bu nömrə Qorbaçovun məşhur çıxışına həsr edilib. Qorbaçovun bu çıxışından dərhal sonra Buş və Reyqanın görüşü olur. Qorbaçov 500 000 əsgərin Şərqi Avropadan çıxarması haqqında əmr verir. Lakin amerikalılar sovet liderindən belə birtərəfli hədiyyə gözləmirdi.


 

11.12.1989... ABŞ prezidenti Corc Buşun və Sovet İttifaqı Kommunist Partiyasının birinci katibi Mixail Qorbaçov arasında yüksək səviyyədə görüş keçirilir. Bu, onların 1988-ci ilin dekabrında Nyu-Yorkda baş tutan görüşdən sonra Buşun və Qorbaçovun ikinci görüşü sayılırdı. O zaman isə prezident Reyqan idi. Görüş zamanı super dövlətlərin liderləri “soyuq müharibə”nin bitdiyini elan edir.

 

01.01.1990-cı il...Qorbaçov jurnalın onillik adamı adlandırılır.

 

19.02.1990-cı il... Və yenə amerikalıların sevimlisi.


 

14.05.1990-cı ilin üz qabığı... 14 dekabr 1989-cu ildə akademik Andrey Saxarov ölür. Jurnal bu nömrəsi akademikin həyat və yaradıcılığına həsr edilib

 

04.06.1990-cı il... Və yenə üz qabığında Qorbaçov... SSRİ-də vəziyyət gərginləşir. Qorbaçov öz qərarları və siyasi görüşləri haqqında əhali ilə söhbətləşir.

 

Jurnalın üz qabığında Yeltsin avantürist kimi təqdim olunub.


 

02.09.1991-ci il... Rusiyada inqilab... Qiyam həmin ilin avqust ayında yatırılır.

 

23.12.1991-ci ilin üz qabığı.. Jurnal təəssüflə “Ölkəsiz insan” deyərək qeyd edir.